FTK

FasTrack Discoverers

FasTrack Discoverers Program Logo

FasTrack Discoverers ImageUşaqlar adətən hər şeylə maraqlanır, niyə də onlara yeni bir şeyi kəşf etməyə imkan yaratmayaq? FasTrack® Explorers (Tədqiqatçıları) kimi, FasTrack Kəşfiyyatçıları digər mövzu əsaslı tədris planlarının FasTrack proqramlarından istifadə edən multi-gündəlik proqramdır. FasTracKids® imzalı proqramdan inkişafetdirici fəaliyyətlərlə birgə istifadə etməklə, 3-5 yaşlı uşaqlar öz ünsiyyət və dil bacarıqlarını yaxşılaşdıra bilərlər. Uşaqlar həmçinin savadı, fonetikanı, riyaziyyatı və musiqi biliklərini şən şəraitdə yaxşılaşdıran fəaliyyətlərlə tanış olurlar. Bu proqram gündə üç saat həftədə beş gün olmaqla 44 həftə davam edir.

 

FasTrack Kəşfiyyatçıları müəllimin rəhbərlik etdiyi proqramdır və məktəbəqədər yaşlı uşaqlara gələcək akademik yüksəliş üçün möhkəm bünövrəni təmin edir. Yaradıcılığın, ünsiyyətin, etimadın, tənqidi düşüncənin və əməkdaşlıq bacarıqlarının öyrədilməsi ilə, FasTrack Kəşfiyyatçıları maraqlı və interaktiv proqram olaraq uşaqlara yönəlmiş təhsili verir. FasTrack Tədris məntəqəsi® Kəşfiyyatçılar proqramını irəli aparan gücdür və hər FasTrack dərsində açıq aşkar görünür.

 

FasTrack Discoverers ImageGün ərzində doqquzadək müxtəlif elementlərlə, FasTrack Kəşfiyyatçılar proqramı ilə məşğul olan uşaqlar təhsil ziqzaqından℠ keçirlər. Bu metod uşaqlara vizual, dinləmə və kinestetik qavrama ilə məlumatı toplamaq imkanı verir və müxtəlif tədris üslublarının tələblərinə cavab verir. Dərsin dil və oxu hissəsində, uşaqlar fonetikanı, oxumağı və yazmağı öyrənir. Dərsin riyaziyyat hissəsi uşaqlara əsas toplama və çıxma biliklərini, zamanı və hətta valyuta və pul anlayışlarını ayırd etməyi öyrədir. Musiqi dərslərinə hərəkətlər, ritmlər və mahnılar daxildir, bunlar hər bir dərsdə yaradıcılığı inkişaf etdirilməsini təmin edir.

 

FasTrack Kəşfiyyatçılar proqramının elementlərinə: Salamlamaq Vaxtı (keçid və ictimaiyyələşdirmək), Salamlamaq Sikli (yaradıcı ifadə) FasTracKids Tədris Məntəqəsi (elm və yaradıcılıq), Yüngül qəlyanaltı vaxtı (ictimaiyyələşdirmək), Hərəkət (geniş hərəkət bacarıqları), Akademik Məntəqələr (dil, oxu və riyaziyyat), Musiqi vaxtı (FasTrack Musiqi), Yaradıcılıq vaxtı (mədəniyyət və incəsənət) və Bağlama Dairəsi (yaradıcı ifadə) daxildir.